"Real Madrid" "Leqanes"lə oyuna itkilərlə çıxacaq
İspaniya Kral Kubokunda 1/4 final mərhələsinin oyunları davam edir.
Sportline.az xəbər verir ki, turnirin əsas favoriti "Real Madrid" bu gün səfərdə "Leqanes"lə qarşılaşacaq.
"Real" bu matça itkilərlə çıxacaq. Kilian Mbappe, Cud Bellingem, Eduardo Kamavinqa, David Alaba, Eder Militao, Dani Karvaxal və Antonio Rudiger iştirak ərzəsində yer almayıb.
"Leqanes"də isə Enrik Frankuesa və Seydouba Sisse baş məşqçi Borxa Ximenezin sərəncamında olmayacaq.
Qeyd edək ki, "Leqanes" - "Real Madrid" oyunu bu gün Bakı vaxtı ilə gecə yarısı saat 12-də başlanacaq.
Görüşü Xaviyer Roxas idarə edəcək.