"Real Madrid" "Mançester Siti"nin futbolçusu istəyir
"Real Madrid" zədələnən Eder Militaonun yerinə yeni müdafiəçi axtarışına çıxıb.
Sportline.az xəbər verir ki, əsas hədəf "Mançester Siti"nin ingiltərəli stopperi Con Stounzdur.
Bu haqda "Fichajes" nəşri məlumat yayıb.
Qeyd edək ki, "Real" Stounzu transfer edə bilməsə, "Mançester Yunayted"dən Harri Maquayrı heyətə cəlb etməyə çalışacaq.