“Real Madrid” - “Marsel”: Düşərgələrdəki son durum

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turuna bu gün start verilir.

Sportline.az xəbər verir ki, turniri rekord sayda - 15 dəfə qalibi olan "Real Madrid" "Santiaqo Bernabeu" stadionunda "Marsel"lə qarşılaşacaq.

Heyətlərə nəzər saldıqda "los blankos"da əsas itki Antonio Rudiger, Endrik və Ferlan Mendinin adı ilə bağlıdır.

"Marsel"də yeganə itki Hamed Traorenin adı ilə bağlıdır.

Qeyd edək ki, start fiti 23:00-da başlanacaq oyunu bosniyalı İrfan Pelito idarə edəcək.