"Real Madrid" "Real Betis"i darmadağın etdi
İspaniya La Liqasında 18-ci turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, "Real Madrid" "Santiaqo Bernabeu" stadionunda "Real Betis"lə üz-üzə gəlib.
Görüş "los blankos"un böyük hesablı qələbəsi ilə nəticələnib.
"Real Madrid" 5-1 "Real Betis"
Qollar: Qonzalo Qarsiya, 20,50, 82, Raul Asensio, 56, Fran Qarsiya, 90+3, Xuan Hernandez, 66
Qeyd edək ki, "Real Madrid" 45 xalla 2-ci pillədə yer alır. "Real Betis" 28 xalla 6-cıdır.