"Real Madrid" Rodrini istəyir
"Real Madrid" "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrinin xidmətində maraqlıdır.
Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, "los blankos" yayda 29 yaşlı futbolçunu transfer etməkdə israrlıdır.
Rodrinin transfer qiyməti 70 milyon avrodur.
Qeyd edək ki, İspaniya millisinin üzvü bu mövsüm 10 rəsmi matçda iştirak edib. Təcrübəli oyunçunun məhsuldarlıq göstəricisi yoxdur.