"Real Madrid" seçimini etdi

"Real Madrid" "Liverpul"un fransalı stopperi İbrahima Konateni transfer etməkdən imtina edib.

Sportline.az xəbər verir ki, "los blankos"un əsas hədəfi "Bavariya"nın mərkəz müdafiəçisi Dayo Upamekanodur.

Bu haqda jurnalist Santi Aouna məlumat yayıb.

Qeyd edək ki, Upamekanonun Münhen klubu ilə sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.