“Real Madrid” və “Mançester Siti” transfer yarışına girib

“Milan”ın fransalı futbolçusu Teo Hernandez mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, “Real Madrid” və “Mançester Siti” T.Hernandezi transfer etmək üçün hərəkətə keçib.

27 yaşlı futbolçunun hazır ki dəyəri “Transfermarkt” portalına görə 50 milyon avrodur.

Qeyd edək ki, Teo cari mövsüm çıxış etdiyi 30 oyunda 4 qol və 5 asistlə yadda qalıb.