“Real Madrid” və “Mançester Siti” transfer yarışına girib

"Liverpul"un yarımmüdafiəçisi Dominik Sobozlayi yayda komandasını dəyişə bilər.

Sportline.az "Diario As" qəzetinə istinadən xəbər verir ki, "Real Madrid" və "Mançester Siti" sözügedən futbolçunu transfer etmək üçün yarışa girib.

D.Sobozlayinin transfer qiyməti 90 milyon avrodur.

Qeyd edək ki, Macarıstan millisinin üzvü cari mövsüm meydana çıxdığı 16 matçda 2 qol, 5 asistlə yadda qalıb.