"Real Madrid" ulduzu ilə razılaşdı

"Real Madrid" brazilyalı ulduzu Vinisius Juniorla yeni müqavilə imzalayacaq.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Florian Plettenberq məlumat yayıb.

25 yaşlı sol cinah vingerinin "los blankos"la sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Vini 2018-ci ildən "Real"da çıxış edir.