"Real Madrid" yeni stoper axtarışına çıxıb
"Real Madrid" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az "Relevo"ya istinadən verir ki, Madrid təmsilçisi "Liverpul"un futbolçusu İbrahima Konateni heyətinə cəlb etməyi planlaşdırır.
Bu, 2026-cı ildə gerçəkləşə bilər. Bunun səbəbi isə "kral klubu"nun 25 yaşlı müdafiəçini azad agent kimi transfer etmə istəyidir.
Daha əvvəl "Liverpul"un digər oyunçusu Trent Aleksander-Arnoldun yay transfer pəncərəsində "Real"a azad agent statusunda keçəcəyi dəqiqləşdi.