"Real Madrid" yoxsa "Barselona": Haaland seçimini etdi

"Real Madrid" və "Barselona" Erlinq Haalandı transfer etmək üçün yarışa girib.

Sportline.az xəbər verir ki, 25 yaşlı forvard seçimini "Real"dan yana edib.

Bu haqda jurnalist Jorge Pikon məlumat yayıb.

Qeyd edək ki, E.Haaland gələn ilin yayında "Mançester Siti"dən ayrılmaq qərarına gəlib.

Norveç millisinin üzvü bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 17 matçda 20 qol, 2 məhsuldar ötürmə müəllifi olub.