“Real Madrid”də ayrılıq gözlənilir
“Real Madrid”in futbolçusu Franko Mastantuono yanvar ayında klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, argentinalı oyunçu icarə əsasında komandadan ayrılmaq fikrində qətidir.
Bu haqda “Calciomercato” nəşri məlumat yayıb.
Qeyd edək ki, F.Mastantuono cari mövsüm meydana çıxdığı 14 matçda 1 qolla yadda qalıb.