“Real Madrid”də yeni müqavilə

"Real Madrid" qapıçısı Tibo Kurtua ilə müqaviləsinin müddətini uzadıb.

Sportline.az xəbər verir ki, yeni razılıqla 2026-cı ilin iyunun 30-da başa çatması nəzərdə tutulan müqavilə 2027-ci il iyunun 30-dək uzadılıb. 

Razılıq zamanı oyunların sayı və ya digər hallarla bağlı heç bir şərt qoyulmayıb.