"Real Madrid"dən 100 milyon avroluq transfer

"Real Madrid" klubu gələn ilin yayında "Mançester Siti"nin ispaniyalı futbolçusu Rodrini transfer etməyə çalışacaq.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ella Quero məlumat yayıb.

Madrid klubu bu keçid üçün 100 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Rodrinin özüdə "Real"da çıxış etmək istəyir. 

Təcrübəli futbolçunun "Mançester Siti" ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.