“Real Madrid”dən 100 milyon avroluq transfer

"Yuventus"un türkiyəli futbolçusu Kenan Yıldız "Real Madrid" əsas transfer hədəfinə çevrilib.

Sportline.az xəbər verir ki, Madrid təmsilçisi bu keçid üçün qarşı tərəfə 100 milyon avro ödəməyə hazırdır.

Bu haqda "Fichajes" nəşri məlumat yayıb.

Qeyd edək ki, Kenan Yıldızın "Yuventus"la sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.

O, bu mövsüm meydana çıxdığı 14 matçda 5 qol, 6 məhsuldar ötürmə müəllifi olub.