"Real Madrid"dən 70 milyon avroluq transfer
"Real Madrid" "Kristal Pelas"ın yarımmüdafiəçisi Adam Vartonu heyətinə qatmaq niyyətindədir.
Sportline.az "Diario As" nəşrinə istinadən xəbər verir ki, "los blankos" 21 yaşlı futbolçunun xidmətində maraqlıdır.
A.Vartonun London klubu ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, sözügedən oyunçunun transfer qiyməti 70 milyon avrodur.