“Real Madrid”dən Dalot həmləsi
“Mançester Yunayted”in portuqaliyalı futbolçusu Dioqo Daloti heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda “Team Talk” nəşri məlumat yayıb.
26 yaşlı sağ cinah müdafiəçisinin transfer qiyməti 35 milyon avrodur.
Qeyd edək ki, Dalotun klubla sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.