"Real Madrid"in futbolçusu "Komo"ya transfer olub

"Real Madrid"in ispaniyalı müdafiəçisi Yakopo Ramon karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Sportline.az xəbər verir ki, "Komo" klubu Ramonu heyətinə qatıb.

Bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.

İtaliya klubu bu keçid üçün qarşı tərəfə 2.5 milyon avro ödəyəcək.

Qeyd edək ki, Ramon ötən mövsüm əsas komandada 6 oyunda iştirak edib və aktivində 1 qol var.