"Real Madrid"in futbolçusuna astronomik təklif
"Real Madrid"in brazilyalı ulduz futbolçusu Rodriqo üçün astronomik təklif gəlib.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Əl-Hilal" Rodriqo üçün "Real"a 300 milyon avro təklif edib.
24 yaşlı futbolçunun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Rodriqo cari mövsüm çıxış etdiyi 29 matçda 12 qol və 7 asistlə yadda qalıb.