"Real Madrid"in Gehi planı

"Real Madrid" yanvar ayında "Kristal Pelas"ın mərkəz müdafiəçisi Mark Gehi üçün rəsmi təklif göndərəcək.

Sportline.az xəbər verir ki, "los blankos" bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.

Bu haqda "RM Confidencial" nəşri məlumat yayıb.

25 yaşlı stopper gələn ilin yayında azad agent statusunda olacaq. Bu səbəbdən "Kristal Pelas" Gehini qışda satacaq.