"Real Madrid"in gözü "Liverpul"un futbolçusuna düşüb
"Real Madrid" "Liverpul"un yarımmüdafiəçisi Dominik Sobozlayini heyətinə qatmaqda israrlıdır.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Nikolo Şıkira öz "X" hesabında paylaşım edib.
25 yaşlı futbolçunun Mersisayd təmsilçisi ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, D.Sobozlayi cari mövsüm meydana çıxdığı 15 matçda 2 qol, 5 asistlə yadda qalıb.