“Real Madrid”in kapitanı sıradan çıxıb
Dani Karvaxal uzun müddətə sıradan çıxdı.
Sportline.az xəbər verir ki, “Real Madrid”in kapitanı Dani Karvaxal dizindən aldığı zədə səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
İspan müdafiəçinin 2–3 ay oynaya bilməyəcəyi bildirilib.
Klubun rəsmi açıqlamasına görə, Karvaxal yaxın günlərdə artroskopiya əməliyyatı keçirəcək və onun yanvar ayına qədər komandaya qoşulması gözlənilmir.