"Real Madrid"in süperulduzu zədələnib
Kilian Mbappe məşq zamanı aldığı zədə səbəbindən üç həftə yaşıl meydanlardan kənar qalacaq. Bu barədə “L’Equipe” nəşri məlumat yayıb.
Sportline.az xəbər verir ki, Mbappe bu həftə “Real Madrid”lə məşqlərdə yaxşı təsir bağışlayırdı, lakin məşqlərdən birində dizindən zədə alıb.
Fransalı futbolçu həmin diz problemindən bir müddətdir əziyyət çəkirdi və bu səbəbdən Çempionlar Liqasında “Real Madrid”in “Mançester Siti”yə 1:2 hesablı məğlubiyyətlə başa çatan oyununu buraxmalı olmuşdu.