“Real Madrid”in transfer siyahısı bəlli olub
“Real Madrid” yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az “Diario As” qəzetinə istinadən xəbər verir ki, Madrid klubunun siyahısında “Bormunt”dan Deyan Höysen, “Jirona”dan Migel Gutiyerez, “Bayer”dən Florian Virts, “Bavariya”dan Coşua Kimmix, “Mançester Siti”dən isə Rodri yer alıb.
“Real Madrid”in rəhbərliyi transferlərə 200 milyon avro ayıracaq.
Qeyd edək ki, “Liverpul”un ingiltərəli futbolçusu Trent Aleksander-Arnoldun “Real”a keçəcəyi dəqiqləşib.