"Real Madrid"in ulduzuna 350 milyon avro təklif edilib

Adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu Kilian Mbappe üçün "Real Madrid"ə 350 milyon avro təklif edib.

Sportline.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun prezidenti Florentino Perez bu təklifi rədd edib.

"Los Blankos" ulduz futbolçusunu əldən vermək istəmir.

Qeyd edək ki, K.Mbappenin klubla müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.

O, ötən mövsüm meydana çıxdığı 59 matçda 44 qol 5 asistlə yadda qalıb.