“Real Madrid”in yeni planı

Kral klubunun qış transfer pəncərəsində kluba yeni müdafiəçi transfer edəcəyi bildirib.

Sportline.az “Marca” qəzetinə istinadən xəbər verir ki, Karvaxalın zədələnməsi sonrası klubda yeni problem ortaya çıxıb. İspaniyalı oyunçunun əvəzləyicisi olmadıqı üçün klub yeni sağ cinah müdafiəçisi axtarışına başlayıb.

Transfer siyahısında əsas namizəd “Liverpul”un oyunçusu Trent Aleksander Arnorld göstərilir. İngiliz oyunçu klubla yeni müqavilə imzalamayacaqı bildirilir.

“Real” rəhbərliyi oyunçunu yanvarda heyətinə cəlb edəcəyi gözlənilir.

Qeyd edək ki, Arnoldun “Liverpul”la müqaviləsi 2025-ci ilin yayında başa çatır.