"Real Madrid"in yeni transfer hədəfi bəlli olub

"Real Madrid" gələn ilin yayında "Yuventus"un yarımmüdafiəçisi Kefren Turamı transfer etməyi hədəfləyir.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun transfer qiyməti 60 milyon avrodur.

Kral klubu bu məbləği "Yuventus"a ödəməyə hazırdır.

Qeyd edək ki, K.Turam bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 matçda 1 qol, 3 məhsuldar ötürmə müəllifi olub.