"Real" "Mançester Siti"yə qarşı bu tapşırıqla çıxacaq

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin daha 4 cavab matçı keçiriləcək.

Sportrline.az xəbər verir ki, diqqətlər əsasən Madridə yönələcək.

Yerli "Real"la "Mançester Siti"nin görüşü böyük maraqla gözlənilir.

Kral klubunun baş məşqçisi Karlo Ançelitti AS nəşrinə çətin oyunla bağlı fikrilərini açıqlayıb: "Maraqlı, çətin və gərgin oyun olacaq. Qarşılaşmaya yaxşı hazırlaşmağa çalışırıq. İngiltərədəki kimi oynayıb, məqsədimizə nail olmaq niyyətindəyik".

Qeyd edək ki, ilk oyun madridlilərin 3-2 hesablı qələbəsi ilə başa çatıb.