"Real" penaltilərlə uduzdu

Beynəlxalq Çempionlar Kubokunda daha bir oyun keçirilib. SportLine.az xəbər verir ki, ABŞ-da oynanılan qarşılaşmada Madrid "Real"ı ilə "Mançester Yunayted" üz-üzə gəlib.

Matçın əsas və əlavə vaxtında qalib müəyyənləşmədiyindən penaltilər seriyasına ehtiyac duyulub. Burada isə daha dəqiq oynayan "qırmızı şeytanlar" qələbəni bayram edib.

24 iyul 2017
Beynəlxalq Çempionlar Kuboku

"Real" (Madrid) - "Mançester Yunayted" - 1:1
QOLLAR:
Linqard, 45+1 (0:1); Kazemiro, 69/p. (1:1)
PENALTİLƏR: 1:2