"Real" qərar verdi
Yurgen Klopp barədə yeni iddia ortaya atılıb.
Sportline.az xəbər verir ki, adı “Liverpul”la da hallanan məşqçinin “Real Madrid”də işləmək istədiyi irəli sürülüb. “TEAMtalk”da dərc edilən xəbərə görə, hazırda "Red Bull"da qlobal direktor vəzifəsində çalışan Klopp, məşqçi işləməyi daha rəngarəng hesab etdiyi üçün əvvəlki işinə qayıtmaq istəyir.
Bildirilir ki, Klopp “Liverpul” klubuna sevgi bəsləsə də, geri qayıtmayacaq. O, Premyer Liqadakı vəzifələrini yerinə yetirib və artıq o İngiltərədə işləməyə maraqlı deyil.