“Real” Rudigerlə bağlı qərar verdi

“Real Madrid” Antonio Rüdigerlə yeni müqavilə imzalamaqda maraqlıdır. 

Sportline.az xəbər verir ki, İspaniya nəhəngi mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçunu klubda saxlayacaq."

Real”ın futbolçu ilə 1 illik yeni müqavilə imzalaya biləcəyi irəli sürülür.

Qeyd edək ki, 2022-ci ildən “Real”da çıxış edən Antonio Rüdigerin mövsümün sonunda klubu tərk edə biləcəyi barədə iddialar dərc edilmişdi.

Avropanın bir sıra klublarının, o cümlədən “Qalatasaray”ın futbolçunun xidmətində maraqlı olduğu iddia edilmişdi.