"Real Sosyedad"ın baş məşqçisi ilkə imza atdı

"Real Sosyedad"ın baş məşqçisi Pelleqrino Mataratsso ilkə imza atıb.

Sportline.az xəbər verir ki, o, tarixdə ilk dəfə Avropanın top-5 liqalarından birinin klubunda kubok qazana bilən ABŞ-də anadan olmuş ilk baş məşqçi ünvanına sahib çıxıb.

Belə ki, San-Sebastyan təmsilçisi komanda finalda "Atletiko"nu (2:2, 4:3 penaltilərlə) məğlub edərək dördüncü dəfə İspaniya Kubokunu qazanıb.

P.Mataratsso "Real Sosyedad"a keçən il dekabrın 20-də rəhbərlik edərək, bu postda Serxio Fransiskonu əvəzləyib.