"Real" Verattinin əvəzinə Hazardı seçdi
Madrid "Real"ı növbəti mövsüm üçün heyətini gücləndirmək barədə düşünür.
SportLine.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu" yayda Eden Hazardın keçidini həll etmək niyyətindədir.
Bundan əvvəl madridlilər PSJ-nin futbolçusu Marko Veratti ilə maraqlansalar da, italiyalı yarımmüdafiəçi "Barselona" və "Çelsi"yə keçməyə daha yaxın görünür. Bunu nəzərə alan "Real" rəhbərliyi diqqəti E.Hazardın transferinə yönəldib.
Məlumata görə, belçikalı futbolçu da La Liqada çıxış etmək niyyətindədir.
Qeyd edək ki, "Mançester Siti" də E.Hazardın xidmətində maraqlıdır.