"Barselona" Madriddə 3 xal qazandı

Bu gün İspaniya La liqasının 33-cü turu çərçivəsində "El Klasiko" yaşanacaq. SportLine.az xəbər verir ki, əzəli rəqiblər - "Real" və "Barselona" münasibətləri Madriddə aydınlaşdıracaq. 

Rəqibindən bir oyun az keçirən "kral klubu" bu oyunda heç-heçə də qane edə bilər. Kataloniya təmsilçisi isə yalnız qələbə barədə düşünür.

Xatırladaq ki, bu komandalar arasında bu mövsüm keçirilən ilk matçda qalib müəyyənləşməyib - 1:1.


23 aprel 2017
La Liqa, 33-cü tur

"Real" (Madrid) - "Barselona" - 2:3
QOLLAR:
Kazemiro, 28 (0:1); Messi, 33 (1:1); Rakitiç, 73 (1:2); Xames Rodrigez, 85 (2:2); Messi, 90+2 (2:3)

Hakim: Alexandro Hernandez
Madrid, "Santyaqo Bernabeu"