"Real"dan Adam həmləsi
"Real Madrid" 2026-cı ilin yayında Orelyan Çuameni ilə rəqabət apara biləcək yarımmüdafiəçi transfer etmək istəyir.
Sportline.az "Diario As" nəşrinə istinadən xəbər verir ki, əsas namizəd "Kristal Pelas"ın futbolçusu Adam Varton göstərilir.
21 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 50 milyon avrodur.
Qeyd edək ki, Varton bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 10 matçda 1 asistlə yadda qalıb.