"Real"dan "Mançester Siti"yə
Növbəti mövsümə hazırlıqları davam etdirən "Mançester Siti" heyətini gücləndirib. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "şəhərlilər" Madrid "Real"ının futbolçusu - Danilonu transfer edib. Onunla 5 illik müqavilə imzalanıb.
Müdafiəçinin keçidi Premyer Liqa təmsilçisini 35 milyon avro xərcə salıb.
Qeyd edək ki, ötən mövsüm “Real”ın heyətində 17 oyuna çıxan Braziliya millisinin üzvü bir qol və iki məhsuldar ötürmə müəllifi olub.