"Real"dan növbəti həmlə
"Liverpul"un niderlandlı yarımmüdafiəçisi Rayan Qravenberx karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Real Madrid" 23 yaşlı futbolçunu transfer etməkdə israrlıdır.
Bu haqda "Fichajes" nəşri məlumat yayıb.
Qravenberxin transfer qiyməti 90 milyon avrodur.
Qeyd edək ki, Niderland millisinin üzvü bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 9 matçda 2 qol, 2 asistlə yadda qalıb.