"Real"ın ən yaxşısı müəyyənləşdi

Madrid "Real"ı aprel ayının ən yaxşı oyunçusunu müəyyənləşdirib. SportLine.az klubun saytına istinadən xəbər verir ki, onlayn səsvermədə İsko bütün rəqiblərini qabaqlayaraq "ayın ən yaxşısı" olub.

Qeyd edək ki, futbolçu ötən ayı 4 qol, 1 məhsuldar ötürmə ilə tamamlayıb.