"Real"ın Enzo sevdası bitməyib
"Real Madrid" "Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandezi heyətinə qatmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda "Caught Offside" nəşri məlumat yayıb.
25 yaşlı futbolçu cari mövsüm meydana çıxdığı 36 matçda 11 qol, 4 asistlə yadda qalıb.
Qeyd edək ki, Enzonun dəyəri 85 milyon avrodur.