"Real"ın futbolçusu Eden Azarın keçidinə etiraz etdi
"Çelsi"nin futbolçusu Eden Azarın "Real"a keçəcəyi ilə bağlı söhbətlər səngimək bilmir. SportLine.az xəbər verir ki, "kral klubu" yanvar ayında belçikalının keçidini rəsmiləşdirmək niyyətindədir.
Amma rəhbərliyin bu niyyəti "madridli" futbolçular tərəfindən birmənalı qarşılanmayıb. "Diario Gol" nəşrinin yaydığı məlumata görə Marko Asesio E.Azarın transfer ediləcəyi təqdirdə komandanı tərk edəcəyini bildirməsi ilə bağlı xəbər yayıb.
Bir neçə gün öncə dərc olunan məlumatda isə Kərim Benzemanın "Real"ın E.Azar kimi oyunçuya ehtiyacı olmadığını demişdi.
Serxio Ramos da rəhbərliyin Neymar transferi barədə düşünməli olduğunu qeyd edib.