“Real”ın gənc futbolçusu yayda vidalaşır
“Real Madrid” ispaniyalı futbolçu Qonsalo Qarsiya ilə bağlı qərar verib.
Sportline.az xəbər verir ki, "los blankos" yayda Qonsalo Qarsiyanı satacaq. Klubun planlarına əsasən, futbolçu növbəti mövsüm üçün heyətdə nəzərdə tutulmur və yay transfer pəncərəsində özünə yeni komanda tapmalı olacaq.
Madrid klubunun planları fərqlidir. “Kral klubu” Endrikin "Lion"dan qayıdışını gözləyir və onun əsas hücum variantlarından biri olacağını düşünür.
Bu səbəbdən Qarsiyanın komandada qalmaq şansı demək olar ki, yoxdur.