"Real"ın prezidenti Ronaldunun ayrılıq qərarından danışdı
"Konfederasiyalar Kubokundan sonra Ronaldu ilə onun gələcəyi haqqında danışacağıq. Hələ ki, futbolçu söhbətləşmək fürsətim olmayıb". SportLine.az xəbər verir ki, bunu Madrid "Real"nın prezidenti Florentino Perez "Onda Sero" radiosuna müsahibəsində deyib.
32 yaşlı futbolçunun ayrılıq qərarını təəccüblə qarşılaşdığını deyən klub rəhbəri, "Həmişə onu müdafiə etmişəm. Bu məsələdə də onun yanında olmalıyam. Onunla 5 illik müqaviləmiz var. Komandanın ən dəyərli üzvlərindəndir. Heç kim onun Madridi tərk etməsini istəmir", - deyib.
Xatırladaq ki, Kriştianu Ronaldu vergi probleminə görə İspaniyadan getmək qərarına gəlib. Onun növbəti mövsümdən "Mançester Yunayted"də çıxış edəcəyi gözlənilir.