“Real”ın sabiq üzvü “Barselona”ya keçə bilər
“Real Madrid”in sabiq yarımmüdafiəçisi Martin Odeeqard karyerasını “Barselona”da davam etdirə bilər.
Sportline.az “Fooball Transfers” nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu 26 yaşlı futbolçu üçün “Arsenal”la danışıqlara başlayıb.
Odeeqardın transfer qiyməti 80 milyon avrodur.
Qeyd edək ki, Norveç millisinin üzvü bu mövsüm meydana çıxdığı 7 matçda 2 asistlə yadda qalıb.