Reda Belahyane İngiltərə nəhənginə keçir

"Verona"nın mərakeşli futbolçusu Reda Belahyane karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportline.az insayder Canluka Di Marzionun məlumatına istinadən xəbər verir ki, "Çelsi" 20 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.

İtaliya klubu Reda üçün 15 milyon avro tələb edir.

Qeyd edək ki, London klubu bu məbləği ödəməyə hazırdır.

R.Belahyane cari mövsüm çıxış etdiyi 20 oyunda 2 asistlə yadda qalıb.