Rednap "Totenhem"in "hərbçilər"lə oyununun hesabını dedi
"Totenhem"in sabiq baş məşqçisi Harri Rednap sentyabr ayında futbol həvəskarlarını təəccübləndirməyi bacarmışdı. Sportline.az Sport-express.ru saytına istinadən xəbər verir ki, Çempionlar Liqasının "ÇSKA" - "Totenhem" (0-1) matçının hesabını və qolun müəllifini (Son Min) düzgün proqnozlaşdıran mütəxəssis bugünkü oyuna da təxminini açıqlayıb: "Gorüş 0-2 hesabı ilə "Totenhem"in xeyirinə bitəcək. Qolları isə, Keynlə Alli vuracaq".