Remzi karyerasını başa vurdu
"Arsenal”ın və Uels millisinin əfsanəvi sabiq futbolçu Aaron Remzi futbolçu karyerasını başa vurub.
Sportline.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Bu, asan qərar olmadı. Uzun düşüncələrdən sonra karyeramı bitirməyə qərar verdim. İlk növbədə Uels millisinə təşəkkür edirəm. Bu formanı geyinmək və bu qədər unudulmaz anlar yaşamaq mənim üçün böyük şərəf idi. Bu yolda işlədiyim bütün məşqçilərə və personal üzvlərinə minnətdaram", - deyə Remzi bildirib.
Qeyd edək ki, Aaron Remzinin son klubu Meksikanın “Pumas” komandası olub. O, karyerası ərzində həmçinin İtaliyanın “Yuventus”, Fransanın “Nitsa” və Uelsin “Kardiff” klublarında çıxış edib.