Renat Dadaşov 90 dəqiqə oynadı, komandası uduzdu

Azərbaycan millisinin üzvü - Renat Dadaşovun şərəfini qoruduğu "Aytraxt" 19 yaşlılardan ibarət komandasının heyətində növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, Frankfurt təmsilçisi "Münhen 1860"ın qonağı olub.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.

R.Ddaşov 90 dəqiqə oynayıb və 44-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, “Ayntraxt”  29 xalla 7-ci pillədə qərarlaşıb.