Renat Dadaşov debütünü qolla qeyd etdi
Azərbaycan seçməsinə cəlb olunan Renat Dadaşov yeni klubu “Ayntraxt”ın U-19 komandasında debüt edib. SportLine.az xəbər verir ki, futbolçu keçirdiyi ilk oyunda qol hesabını açıb.
“İnqolştadt”la qarşılaşmaya start heyətində daxil olan 18 yaşlı hücumçu 87 dəqiqə meydanda olub.
Qeyd edək ki, görüş “Ayntraxt”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. R.Dadaşov ikinci qola müəlliflik edib.