Renat Dadaşov oynadı, komandası məğlub oldu

Azərbaycan millisinə cəlb olunan Renat Dadaşov "Ayntraxt"ın U-19 komandasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, Frankfurt təmsilçisi səfərdə "Ştuttqart"la üz-üzə gəlib.

Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.

R.Dadaşov 90 dəqiqə meydanda olub.

“Ayntraxt” 23 xalla 14 klub arasında 7-ci pillədə qərarlaşıb.