Renat Dadaşovun "Vulverhempton"dakı son durumu

Milli komandamızın hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Vulverhempton" yeni hücumçu transferinə hazırlaşır.
 
Sportline.az  xəbər verir ki, İngiltərə klubu yay transfer dönəmində Belçika "Brügge"sindən heyətinə qatmaq istədiyi Emmanuel Dennis üçün 22,91 milyon funt-sterlinq ödəyəcək. 
 
Xəbərdə bu mümkün transferin komandada iki oyunçu tərəfindən müsbət qarşılana bilməyəcəyi yazılıb: "Leonard Kampana və Renat Dadaşov U-23 komandasında inkişaf edirlər və baş məşqçisi Nuno Espiritonun onları əsas heyətə dəvət edəcəklərini gözləyirlər. Ancaq Dennisin transferi onların şanslarına böyük ziyan vuracaq".
 
Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda "Vulverhempton”la 4 illik müqavilə imzalayıb.